Mədəniyyət

Azərbaycanlı dirijor Sankt-Peterburq Akademik Dövlət Opera və Balet Teatrı ilə birgə Tokioda konser

Azərbaycanlı dirijor Sankt-Peterburq Akademik Dövlət Opera və Balet Teatrı.

· Xəbərçi
Azərbaycanlı dirijor Sankt-Peterburq Akademik Dövlət Opera və Balet Teatrı ilə birgə Tokioda konser
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov Yaponiyanın paytaxtı Tokio şəhərində çıxış edəcək. Bu barədə APA-ya məlumat verən dirijor deyib ki, o, Yaponiyaya M. P. Musorqski adına Sankt-Peteburq Akademik Dövlət Opera və Balet Teatrı ilə birlikdə gedəcək: “Noyabrda Sankt-Peterburqda Sergey Prokofyevin “Romeo və Cülyetta” baletini idarə etmək təklifi almışdım. Bu baletin nümayişi çox uğurla baş tutdu və növbəti dəvət aldım. Tokio şəhərində 10 gün müddətində 4 simfonik konsertlə çıxış edəcəyəm”.

Şərhlər