Azərbaycan ziyalısızlıq bəlası yaşayır
30 Mart 2009 Bazar Ertəsi 19:10
Bunu bu gün ermənilərin törətdikləri soyqrım faktların əks etdirən sərgisini keçirən rəssam Vaqif Hüsenov deyib

 

Bu gün Mədəniyyət və turizm nazirliyinin təşkilatçılığı ilə Bəddi sərgi salonunda rəssam Vaqif Ucatayın(Hüseynovun) ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqrım faktların əks etdirən qrafika əsərlərindən ibarət sərgi açılıb. Rəssamın ANS PRESS-ə verdiyi məlumata görə, sərgidə 31 rəsm əsəri nümayiş etdirilir. Rəssamın sözlərinə görə, rəsmlərində olanlar xalqı özünü dərk etməyə imkan verilməməsinin nəticəsidir. «Hər bir azərbaycanlı kimi vətənimizin bu gündə olması hamımızı narahat edir. Hanı bizim ləyaqətimiz, qeyrətimiz?. Bunları yaradan ziyalı olmalıdır. Azərbaycan ziyalısızlıq bəlası yaşayır. Azərbaycanda diplomlu qarınqulular ordusu var. Onlar öz güzaranlarına milləti qurban verirlər. Buradakı nümayiş olunananlar da onun acı nəticəsidir».
Rəssam şəkilləri beynəlxalq sərgilərə çıxarmaq istəyinin olduğunda bildirib. Əgər maddi dəstək olarsa, o hətta şəkilləri yağlı boya ilə kətan üzərində çəkmək istədiyinidə deyib.
Sərginin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Rəssamlar İttifaqının sədr müavini və s. şəxslər iştirak edib. Açılışda çıxış edən nazir sərginin keçirilməsini yüksək qiymətləndirib. «Ermənilər soyqrım sözünü əllərində bayraq edərək, dünyaya haray salırlar. Ancaq əsl soyqrım törədən onların özləridir. Yalnız müstəqillik əldə ediləndən, yenidən bu faciələri Xocalıda yaşayandan sonra biz yenidən başa düşdük ki, soyqrım anlayışı nə deməkdir və onu törədənlər kimlərdir». Nazirin sözlərinə görə, bu gün həm mədəniyyətimiz, həm musiqimiz, həm mətbəximiz erməni təcavüzünə məruz qalır. Nazir sərgidəki rəsmləri Azərbaycanın hüdudlarından kənarda keçirilən tədbirlərdə nümayiş etdirilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, sərgi aprel ayının 4-nə kimi davam edəcək. Sərginin açılışında şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar