Azərbaycan və Ukraynanın Krım Muxtar Respublikası arasında turizm əlaqələrinin inkişafı müzakirə o
21 Dekabr 2011 Çərşənbə 11:48
Azərbaycan və Ukraynanın Krım Muxtar Respublikası arasında turizm əlaqələrinin
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Ukraynanın Krım Muxtar Respublikasının kurortlar və turizm naziri Aleksandr Liyev arasında görüş keçirilib. APA-nın məlumatına görə, görüş zamanı Azərbaycan və Krım Muxtar Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair bir sıra məsələlər və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
A. Liyev Krım Muxtar Respublikasının turizm potensialı ilə yaxından tanış olmaq məqsədilə Azərbaycanın turizm şirkətlərinin nümayəndələrini 2012-ci ilin fevral ayında keçiriləcək info-tura dəvət edib. O, Krımda Azərbaycanın turizm potensialının təqdimatının keçirilməsini də təklif edib və nazirlik tərəfindən təşkilati və informasiya dəstəyinin göstəriləcəyini bildirib.
Görüş zamanı Krım və Azərbaycanın televiziya kanallarında reklam çarxlarının qarşılıqlı nümayişi, Azərbaycan və Krımda mövcud olan turizm investisiya layihələrinə sərmayəçilərin cəlb olunması məsələsinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.
DOSTLARINLA PAYLAŞ: