Avroviziya həvəskarların müsabiqəsidir
12 Yanvar 2012 Cümə Axşamı 07:32
Müğənni müsabiqə üçün Bnomonu seçən TRT-ni təbrik edib.
Türkiyənin məşhur müğənnisi Kırac “Avroviziya” mahnı müsabiqəsinin həvəskarlar üçün olduğunu deyib və bu müsabiqə üçün Bnomonu seçən TRT-ni təbrik edib. “Mən illərdir “Avroviziya”nın həvəskarların müsabiqəsi olduğunu deyirəm. Dediklərimə əks reaksiyalar olsa da mən öz fikrimdə qalıram və fikirlərimə paralel olaraq bu müsabiqə üçün TRT-dən mənə göndərilən təklifi qəbul etməmişəm”.
Müsabiqədə Türkiyəni təmsil edəcək Can Bonomo barədə də danışan Kırac onu tanımadığı və tərzini də başa düşmədiyi üçün müsbət və ya mənfi fikir bildirməyəcəyini deyib. “Bu seçiminə görə TRT-ni təbrik edirəm. Lazım olduğu kimi həvəskar birini seçib. Məncə əsas olan sözləri türkcə olan mahnı oxumaqdır. Bonomonu isə tanımıram, müsbət və ya mənfi heç nə deyə bilmərəm. Musiqi tərzini isə başa düşmürəm”.
DOSTLARINLA PAYLAŞ: