Xəbər verdiyimiz kimi, sonuncu SSRİ xalq artisti Alla Puqaçova səhnədən gedəcəyini demişdi. Martın əvvəllində Moskvada keçirdiyi mətbuat konfransında bu barədə məlumat verən müğənni bu gün, sabah və aprelin 9-da Kreml Sarayında son konsertini verəcək. Show.az rus mediasına istinadən xəbər verir ki, “Məhəbbət haqqında yuxular” adlı musiqili mono-tamaşadan ibarət konsertin biletləri artıq satılıb. Rus estradasının primadonnası Alla Puqaçova aprelin 15-də, 60 illik yubileyi günündə “Lujniki” Olimpiya İdman Kompleksində konsert verdikdən sonra birillik dünya turnesinə çıxacaq. “Apreldən-aprelə” adlanan birillik dünya turnesi çərçivəsində müğənninin Bakıda da solo-konsert verəcəyi planlaşdırılır. Gələn ilin aprelindən isə Alla Puqaçova bir daha solo-konsert verməyəcək!
Show.az




Şərhlər