Bu yaxınlarda Ştudqardda (Almaniya) «Stuttgard award» (Ştutqard mükafatı) beynəlxalq müsabiqənin nəticələrinə əsasən Azərbaycanın 5 karikaturaçı-rəssamının adları kataloqa daxil edilib. Elman Mirzoyevin, Vəfa Allahyarovanın, Bayram Hacızadənin, Bayram Qasımxanlının və Seyran Cəfərlinin işləri üç yüz min iş arasında ən yaxşı 150 iş sırasına daxil edilib. Bu haqda Azərbaycan karikaturaçılar birliyinin sədri B. Hacızadə məlumat verib.
Bu günlərdə B. Hacızadə və "Karikatura" jurnalının redaktoru olan S. Səfərli Çində keçirilmiş beynəlxalq «Lenq mu» karikatura müsabiqəsində ikinci və üçüncü yerləri tutublar./ANSPRESS/