12 yaşlı vokalçı Yasin Həsənov beynəlxalq müsabiqədə iştirak edəcək
24 İyul 2012 Çərşənbə Axşamı 12:53
Yasin Həsənov "Detskaya Novaya Volna 2012"a qatılacaq.
Prezident təqaüdçüsü Yasin Həsənov Ukraynada keçiriləcək "Detskaya Novaya Volna 2012" adlı Gənc Populyar Musiqi İfaçılarının I Beynəlxalq Müsabiqəsinin yarımfinal mərhələsini uğurla keçərək, finala dəvət alıb. ANS PRESS-in məlumatına görə, müsabiqə 15-17 avqustda keçiriləcək.

Qeyd edək ki, 12 yaşlı Yasin Həsənov artıq bir neçə beynəlxalq müsabiqələrin laureatıdır. O, "Zemlya pod belımı krılyami" adlı Gənc İstedadların VIII Beynəlxalq Festival-Müsabiqəsində (Mozır, Belarus, 2011), Uşaq və Gənclərin XI Beynəlxalq Festival-Müsabiqəsində (Sankt-Peterburq, 2011) Qran-Pri mükafatları ilə, "Золотая пчёлка" XI Beynəlxalq Uşaq Yaradıcılığı Festivalında (Klimoviçi, Belarus, 2011) isə II dərəcəli Diplomla təltif olunub.

Y.Həsənov 2011-ci ildə Rumıniyanın Oneşt şəhərində keçirilmiş XVI "Tİ AMO" Beynəlxalq Uşaq Pop Musiqisi Festivalında III mükafat və xüsusi diploma, Belarus Respublikasının Vitebsk şəhərində keçirilmiş "Slavyanskiy bazar" IX Beynəlxalq Uşaq Musiqi Müsabiqəsində isə II dərəcəli diplom, xüsusi kubok və pul mükafatına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli Sərəncamı ilə Yasin Həsənovun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmış və o, Prezidentin xüsusi təqaüdünə layiq görülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar