Zahid Oruc sedrine cavab verdi
13 Avqust 2013 Çərşənbə Axşamı 17:43
Zahid Oruc: Bir təşkilat faktiki olaraq İlham Əliyevin namizədliyini dəstəklədiyi halda paralel olaraq başqa birisinin namizədliyini irəli sürə bilməzdi.
“Azərbaycan prezidentliyinə namizədliyim şəxsi qərarımdır, bu qərarın təmsil olunduğum partiya ilə heç bir əlaqəsi yoxdur”.

Bu açıqlamanı APA-ya Mərkəzi Seçki Komissiyasına (MSK) prezidentliyə namizədliklə bağlı sənədlərini təqdim edən Ana Vətən partiyasının sədr müavini, deputat Zahid Oruc bildirib.

Z. Oruc qeyd edib ki, bu qərar onun müstəqil qərarı olduğu üçün təmsil etdiyi partiya ilə razılaşdırılmayıb: “Bunun ayrı siyasi məntiqi ola bilməzdi. Çünki bir təşkilat faktiki olaraq İlham Əliyevin namizədliyini dəstəklədiyi halda paralel olaraq başqa birisinin namizədliyini irəli sürə bilməzdi. Mənim addımımın partiyada anlayışla qarşılanacağına əminəm və əgər buna adekvat hansısa qərarlar veriləcəksə, o qərarlara hörmətlə yanaşacağam”.

Z. Oruc namizədliyinin irəli sürülməsini şərh edərək bildirib ki, bu addımı bu günə qədər tapındığı platforma və fəaliyyətlə heç bir ziddiyyət yaratmır.

Qeyd edək ki, Ana Vətən Partiyasının sədri Zahid Orucun prezidentliyə namizədliyini irəli sürməsi partiyanıın 6-cı qurultayının qərarına zidd olduğunu bildirib. O deyib ki, bununla bağlı qərarımız olacaq. "Biz bu məsələyə biganə yanaşa bilmərik".


DOSTLARINLA PAYLAŞ:

oyunlar