Siyasət

Yuri Merzlyakov da Azərbaycana gəlib

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Bakıya gəlib.

· Xəbərçi
Yuri Merzlyakov da Azərbaycana gəlib
APA-nın məlumatına görə, digər həmsədr Robert Bradtke (ABŞ) dekabrın 9-dan Azərbaycandadır. Fransalı həmsədr Bernar Fasienin isə bu gün axşam saatlarında Bakıya gələcəyi gözlənilir.

Diplomatlar ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə dekabrın 11-də Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparacaqlar.

Vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Madrid təkliflərinin yeniləşmiş variantını Azərbaycan rəhbərliyinə təqdim edəcək, prezidentin növbəti görüşünə dair müzakirələr aparacaqlar.

Xatırladaq ki, vasitəçiləri bu dəfə yalnız Azərbaycana səfər edirlər, bir müddət sonra Ermənistana edəcəkləri səfər zamanı da Ermənistan rəhbərliyinə təkliflərin həmin yeniləşmiş variantını təqdim edəcəklər. APA

Şərhlər