Yunanıstan rəsmiləri Azərbaycana gələcəklər
28 Aprel 2009 Çərşənbə Axşamı 10:05
Səfər çərçivəsində Azərbaycan-Yunanıstan biznes forumunun keçirilməsi də gözlənilir

Yunanıstan xarici işlər nazirinin müavini Miltiadis Varvitsiotis mayın 12-13-də Azərbaycana gələcək.

Yunanıstanın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, M.Varvitsiotis səfər zamanı Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək. Görüşlərdə bütün sahələrdə Azərbaycan-Yunanıstan münasibətlərinin indiki səviyyəsi, habelə ölkələrimiz arasında regional məsələlərlə bağlı əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılacaq.

Bundan əlavə, səfər çərçivəsində Azərbaycan-Yunanıstan biznes forumunun keçirilməsi də gözlənilir.

Mayın 5-8-də  isə Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Azərbaycana səfərə gələcəklər. Səfər çərçivəsində dostluq qrupunun üzvləri Milli Məclisin sədri və deputatları ilə görüşəcəklər. Görüşlərdə parlamentlərarası münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq./AzərTAc/ 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar