Xarici İşlər Nazirliyində görüş keçirilib
11 May 2011 Çərşənbə 18:27
Elmar Məmmədyarov Serbiya xarici işlər nazirinin müavinini qəbul edib.
Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Serbiya Respublikasının xarici işlər nazirinin müavini Zoran Vuyiçi qəbul edib. Xarici İşlər Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazir E.Məmmədyarov qonağı salamlayaraq bu günlərdə Serbiyada səfərdə olduğunu və bu səfərdən xoş təəssüratlarla ayrıldığını bildirib.

Azərbaycan ilə Serbiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən nazir E. Məmmədyarov bunun həm ikitərəfli məsələlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlıqda öz əyani təzahürünü tapdığını bildirib və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib.

Öz növbəsində qonaq səfərinin Serbiya ilə Azərbaycan arasındakı əlaqələrin daha da genişləndirəcəyini bildirib və ölkəsinin Azərbaycanla yalnız neft sektorunda deyil, eyni zamanda qeyri-neft sektorunda da əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar