Bəyanatda bildirilir ki,martın 18-də keçirilən ümumxalq səsverməsi dövlətin konstitusion əsaslarının təkmilləşdirilməsi və gücləndirilməsi məqsədi daşıyıb
Konstitusiya referendumunun Azərbaycanın ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə tam uyğun şəkildə keçirilməsi üçün müvafiq tədbirlər görülüb. Referendum prosesi Azərbaycan vətəndaşlarının lazımınca məlumatlı olaraq qərar vermələrinə imkan yaradaraq, tam şəkildə azad və açıq olub. Hökumət azad və ədalətli səsvermə və səslərin sayılması, eləcə də səsvermə zamanı və sonra azad, şəffaf və çevik şikayət edilmə prosesi üçün şəraiti təmin edib.
47 mindən artıq yerli, eləcə də Avropa Şurası Parlament Asambleyasını, Müstəqil Dövlətlər Birliyini və bir sıra xarici ölkələri təmsil edən 177 beynəlxalq müşahidəçi referendumu müşahidə edib. 20 xarici kütləvi informasiya vasitəsi referendumu işıqlandırıb. Beynəlxalq müşahidəçilər səsvermə prosesinin şəffaf və yaxşı təşkil olunduğunu qeyd etməklə, referendumu müsbət dəyərləndiriblər.
Mərkəzi Seçki Komissiyasının bəyan etdiyi nəticələrə əsasən, 29 bənddə təqdim olunan bütün düzəlişlər qəbul edilmişdir ki, bu da geniş və güclü ictimai dəstəyin təcəssümüdür. Xüsusilə, prezidentlik müddəti üzərində məhdudiyyəti ləğv edən düzəliş səslərin 91,76 faizi ilə dəstəklənib.
Referendum və onun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmiş, Azərbaycanın fundamental azadlıqlara və demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirərək, ölkədəki sabitlik və onun inkişafının digər vacib göstəricisi kimi çıxış edir"./ANS PRESS/