ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.
Onun sözlərinə görə, görüşün dəqiq tarixi bəlli deyil. Bununla belə, T. Devidson ABŞ dövlət katibinin Azərbaycan XİN başçısı ilə görüşünü vacib hadisə adlandırıb.
O deyib ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza ötən həftə Azərbaycana səfəri zamanı da dövlət katibi H. Klinton və prezident Barak Obamanın Qarabağ münaqişənin həlli ilə bağlı əllərindən gələni etmək fikrində olduqlarını bildirib.
“Azərbaycan XİN nümayəndələri ilə ABŞ-ın yüksək rütbəli məmurları vaxtaşırı görüşüb bu məsələni müzakirə etməlidirlər. ABŞ Minsk Qrupunun həmsədri olan ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tərəflərin yaxınlaşmasına və tərəflər arasında fikir mübadiləsinin aparılmasına öz töhfəsini verə bilər”, - deyə T. Devidson vurğulayıb.
O, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ABŞ-a səfəri barədə məlumatının olmadığını da deyib.
Diplomatik mənbələrdən isə APA-ya bəlli olub ki, E. Məmmədyarov ABŞ-a mayın ilk günlərində səfər edəcək.
APA