Xalqlarımız arasına heç kim girə bilməz
28 Aprel 2009 Çərşənbə Axşamı 14:55
Milli Məclisin sədri parlamentdə "Şəhidlər" məscidinin bağlanması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən belə deyib

Bu gün Milli Məclisin növbəti sessiyası keçirilir. Hazırda parlamentarilər Hesablama Palatasının hesabatını dinləyirlər. İclasa millət vəkilləri cari məsələlərin müzakirəsi ilə başlayıblar. Bəzi sahələrdə büdcə təşkilatlarında işləyənlərə bir neçə aydır, əməkhaqqı verilmədiyini deyən millət vəkili İqbal Ağazədənin çıxışına spiker Oqtay Əsədov «Büdcə təşkilatlarında belə bir problem ola bilməz», cavabını verib.
Deputatlar həmçinin özəl litseylərin fəaliyyəti və təhsildə rüşvət faktları ilə bağlı fikirlər səsləndiriblər. "Şəhidlər"  məscidinin bağlanması ilə bağlı səslənən fikirlərə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov isə «Heç kim sensasiya axtarmasın, Azərbaycan və Türkiyə xalqlarının arasına heç kim girə bilməz»,- cavabını verib./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar