Türkiyəli vəkillərin səfəri başa çatıb
16 Aprel 2009 Cümə Axşamı 20:25
“Türkiyə - Ermənistan sərhədlərinin açılması tərəflər arasında mübarizənin kəskinləşməsi ilə yeni müharibənin başlanmasına gətirib çıxara bilər”

Türkiyə Böyük Millət Məclisi, müxalifətyönümlü Cümhuriyyət Xalq (CHP) və Milliyyətçi Hərəkat partiyalarının (MHP) təmsilçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb. Millət vəkilləri səfərə Milli Məclisdə azərbaycanlı həmkarları ilə birgə keçirdikləri mətbuat konfransı ilə yekun vurublar. Türkiyənin CHP millət vəkili Şükrü Ələkdağ bəyan edib ki, Türkiyə - Ermənistan sərhədlərinin açılması regiona sülh gətirməyəcək əksinə tərəflər arasında mübarizənin kəskinləşməsi ilə yeni müharibənin başlanmasına da gətirib çıxara bilər. Türkiyəli parlamentar çıxışında ölkə ictimaiyyətinin 95 faizinin Türkiyə - Ermənistan sərhədəlrinin açılmasına qarşı olduğunu növbəti dəfə xatırladıb. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar