Bu gün Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Gəncə şəhərində olub. Türkiyəli diplomatın səfəri Gəncədə Türkiyənin baş konsulluğunun yaradılması planı ilə əlaqədardır.
Türkiyənin səfiri iyul ayında da eyni məsələ ilə bağlı Gəncəyə səfər etmişdi. Səfir o zaman konsulluq üçün bina seçimini konkretləşdirəcəyini demişdi.
H. Kılıç bugünkü səfər proqramında rəsmi toplantıların nəzərdə tutulmadığını bildirib. O, bu gün konsulluq üçün təklif edilən binalara baxış keçirəcək.
/APA/