Suriya prezidenti Azərbaycana səfər edəcək
16 İyun 2009 Çərşənbə Axşamı 14:10
Suriya prezidenti Bəşər əl-Əsəd Azərbaycana rəsmi səfər edəcək. Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyevin APA-ya verdiyi məlumata görə, səfər iyul ayına nəzərdə tutulur.
“Lakin səfərin dəqiq vaxtı hələlik məlum deyil. Həm səfərin vaxtının dəqiqləşməsi, həm də proqramı üzərində iş gedir”, - deyə səfir vurğulayıb.

Qeyd edək ki, Suriyanın xarici işlər naziri Valid əl-Muallim iyunun 2-3-də Azərbaycanda səfərdə olub. Səfər zamanı ikitərəfli münasibətlərlə yanaşı, Suriya prezidentinin Azərbaycana səfəri də müzakirə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar