“Şərq tərəfdaşlığı” üzrə görüş keçiriləcək
05 İyun 2009 Cümə 09:30
Görüşdə əsas diqqət demokratiya, idarəetmə və sabitlik məsələlərinə yönəldiləcək

Bu gün Brüsseldə “Şərq tərəfdaşlığı” üzrə ilk çoxtərəfli görüş keçiriləcək. Bu barədə "Panarmenian" saytının məlumatına görə, Avropa Komissiyasının İrəvan ofisindən bildiriblər.

“Görüşdə əsas diqqət demokratiya məsələsinə yönəldiləcək. Bu ay keçiriləcək digər görüşlərdə isə iqtisadi interqrasiya və energetika məsələlərinə toxunulacaq", - deyə nümayəndə bildirib.

Görüşdə məqsəd Şərq ölkələrini Avropa tələblərinə yaxınlaşdırmaq, təcrübə mübadiləsinə təkan vermək və həm də əlaqələri möhkəmləndirməkdir. Avropa Komissiyasının nümayəndəsi görüşə sədrlik edəcək. İlk görüşdə iki proqram “Sərhədlərin birgə idarəsi” və “Təbii və texniki fəlakətlərin qarşısının alınması, hazırlıq və reaksiya” proqramları təqdim olunacaq. İyunun 17 –si enerji təhlükəsizliyi üzrə, iyunun 26-sı isə iqtisadi inteqrasiya və Avropa Birliyi siyasəti üzrə görüş keçiriləcəyi gözlənilir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar