Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova zəng vurub. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi saytı xəbər verib.
İyunun 9-da Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon söhbəti zamanı nazirlər Rusiya-Azrbaycan münasibətlərindəki aktual məslələri və son dövrlər regionda baş verən prosesləri müzakirə ediblər. Telefon danışığının təfərrüatları açıqlanmayıb. /ANS PRESS/