Fransa prezidenti Nikola Sarkozi Cənubi Qafqaz ölkələrinə və Qazaxıstana səfərə çıxacaq. İyun ayının 25-26-na nəzərdə tutulmuş ikigünlük səfər çərçivəsində ölkə başçısı Azərbaycanda, Ermənistanda və Qazaxıstanda olacaq. Fransa prezdenti qısa müddətdə Gürcüstanda dayanacaq. Bu, Nikola Sarkozinin son on ayda Gürcüstana üçüncü səfəri olacaq.
Xatırladaq ki, Fransa ilə Azərbaycan arasında uzun müddət hərtərəfli əlaqələr olmasına baxmayaraq, Fransa prezidenti ilk dəfə ölkəmizə səfər edəcək. /AzərTAc/