Samir Şərifov Kiyevdə səfərdədir
04 İyun 2011 Şənbə 19:47
Maliyyə naziri Samir Şərifov Kiyevdə MDB ölkələri maliyyə nazirlərinin müşavirəsində iştirak edir.
Azərbaycanın maliyyə naziri Samir Şərifov bu gün Ukraynanın paytaxtı Kiyevdə işinə başlamış Müstəqil Dövlətlər Birliyinə üzvü olan ölkələrin maliyyə nazirlərinin daimi fəaliyyət göstərən Müşavirəsinin növbəti – 5-ci iclasında iştirak edir. Maliyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müşavirənin gündəliyinə MDB-yə üzv olan dövlətlərin iqtisadi-maliyyə vəziyyəti, 2010-cu il ərzində dünya maliyyə böhranının nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər və digər məsələlər daxildir.
Maliyyə nazirləri həmçinin MDB ölkələri Maliyyə Nazirlikləri arasında əməkdaşlığa dair Memurandomla bağlı da müzakirə aparacaqlar.
Qeyd edək ki, MDB dövlətləri maliyyə nazirlərinin daimi fəaliyyət göstərən Müşavirəsi vəziyyəti öyrənmək və böhrana qarşı tədbirlər hazırlamaq üçün 2008-ci il oktyabrın 10-da üzv dövlətlərin hökumət başçılarının qərarı ilə yaradılıb. Qurumun ilk iclası 2008-ci il oktyabrın 21-də keçirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: