Rusiyanın səfiri Bakıya gəlir
17 Mart 2009 Çərşənbə Axşamı 21:30
Dmitri Doroxin 2006-cı ildən Rusiyanın Azərbaycanda səfiri olan Vasili İstratovu əvəz edəcək

 

Rusiya Federasiyasının Azərbaycana yeni təyin olunmuş səfiri Vladimir Doroxin diplomatik vəzifələrini icra etmək üçün martın 18-də Bakıya gələcək. Məlumatı ANS PRESS-ə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən veriblər.

Rusiya prezidenti Dmitri Medvedevin fərmanı ilə Vladimir Doroxin Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmiş V.Doroxin keçmiş SSRİ XİN-in və Rusiya XİN-in mərkəzi aparatında, xaricdəki diplomatik nümayəndəliklərdə müxtəlif vəzifələrdə çalışmışdır. İkinci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik ranqı vardır, ingilis, alman və macar dillərini bilir.
2006-cı ildən Rusiyanın Azərbaycanda səfiri olan Vasili İstratov isə bu gün ölkəmizi tərk edir. /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar