Rus və türk diplomatı Qarabağı müzakirə edib
23 Yanvar 2012 Bazar Ertəsi 21:12
Qriqori Karasinlə Firudin Sinirlioğlu Moskvada görüşüb.
Rusiya və Türkiyənin xarici işlər nazirlərinin müavinləri bu gün Moskvada məsləhətləşmələr keçirib. Rusiya Federasiyasının XİN-in rəsmi saytında yerləşdirilən məlumata görə, Qriqori Karasinlə Firudin Sinirlioğlu görüş zamanı Cənubi Qafqaz və Dağlıq Qarabağ ətrafındakı vəziyyət daxil olmaqla, bir sıra beynəlxalq və regional məsələlər müzakirə edib. Bundan başqa, Rusiya və Türkiyənin Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə toxunulub.

XİN rəhbərlərinin müavinləri Rusiya-Türkiyə əməkdaşlığının yüksək səviyyəsini, XİN-lərarası əlaqələrin mütəmadi və səmərəli xarakterini qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar