Rus Davosu başlayır
05 İyun 2009 Cümə 03:40
Tədbirdə 70 ölkənin rəsmilərinin və dünyanın ən iri şirkətlərinin rəhbərlərinin iştirakı gözlənilir

Bu gün Rusiyanın ikinci paytaxtı sayılan Sankt-Peterburqda 13-cü Peterburq iqtisadi forumu öz işinə başlayır. Üç gün davam edəcək forum iyunun 6-da başa çatacaq. Tədbirdə 70 ölkənin rəsmilərinin və dünyanın ən iri şirkətlərinin rəhbərlərinin iştirakı gözlənilir. Forum 2000-dən artıq insanı bir araya gətirəcək ki, onlardan da 1200 nəfəri biznes ictimaiyyətini təmsil edir.
Xatırladaq ki, birinci Peterburq iqtisadi forumu 1997-ci ildə keçirilmişdi. 2006-cı ildən sonra isə forum “Rus Davosu” adına layiq görülüb. Bu ilki forum dünya inkişafının müasir mərhələsinin aktual məsələlərinə həsr edilib. Forum iştirakçıları, beynəlxalq maliyyə institutlarının gələcəyini, bank sektorunun inkişaf perspektivlərini, böhran hadisələrinin qarşısını alınmasında hökumətin atdığı addımların effektliyini və bir sıra digər mühüm məsələləri müzakirə edəcəklər. Forumun bu günkü plenar iclasında gələcəkdə bu cür böhranın təkrarlanmaması üçün hansı addımlar atılmalı olması ilə bağlı müzakirələr aparılacaq. Bundan başqa forum çərçivəsində “Hazırda neft neçiyədir?” diskussiyası baş tutacaq. İyunun 6-da isə böhrandan sonra maliyyə arxitekturası mövzusunda məruzələr dinlənəcək.
Rusiyanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, üç gün ərzində forumda iştirak edən nümayəndələrinin təhlükəsizliyini hüquq mühafizə orqanlarının 12 min əməkdaşı təmin edəcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar