Resul Quliyev Milli Şura mitinqi haqqında danışdı
24 Sentyabr 2013 Çərşənbə Axşamı 16:54
Sabiq spiker Resul Quliyev son mitinqi cizgi filmi adlandırdı.
Sabiq spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Milli Şuranın son mitinqini cizgi film adlandırdı. ANS PRESS “Tunzala MM” ləqəbli istifadəçinin www.youtube.com -da yaydığı səs qeydinə istinadən bildirir ki, bu barədə o, partiyanın sədri Sülhəddin Əkbərlə mitinqin gedişi zamanı telefon danışığında bildirib.
Rəsul Quliyev telefon danışığı zamanı Milli Şura təmsilçilərin mitinqə çox az adam toplamasını da vurğulayıb: “O balaca stadionun 50 faizini doldura bilmədiniz? Hökumət biabır eləyəcək bunu”.
O həmçinin “EL” hərəkatının lideri Eldar Namazovu təhqir edib: “Eldar gedib orda tula kimi tullanıb durub orda”. O, Milli Şuraya daxil olan digər pöartiyaların liderlərini də boş buraxmayıb: “Ə, bunlar dəhşət alçaq adamlardır e... İsgəndər Həmidovu belə... Nətəri insanlardır ə, bu Əli ilə İsa başa düşə bilmirəm. Elə o Cəmil müəllim özü, bədbəxt prezident olmaq istəyir. Deməli, İsgəndər Həmidovun çıxışı ilə prezident olmaq istəyir?”.
DOSTLARINLA PAYLAŞ: