APA-nın xəbərinə görə, bu gün keçirilən mətbuat konfransında bəyanatı Belçika parlamentinin deputatı, bu ölkənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Alan Deştex açıqlayıb. Bəyanatda bildirilir ki, referendum fəal, sakit və peşəkarlıqla keçirilib, aksiyada ciddi problemlər müşahidə olunmayıb: “Ona görə də biz belə bir nəticəyə gəlirik ki, referendum Azərbaycan xalqının iradəsini əks etdirir“.
Bəyanat müəllifləri Azərbaycanda demokratik təsisatların qurulması prosesini davam etdirməyin lazım olduğunu da bildiriblər. Müşahidə Qrupu həmçinin ATƏT-i gələcək seçkilərə və referendumlara rəsmi müşahidə missiyaları göndərməyə çağırıb.

APA

Şərhlər