Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
04 May 2009 Bazar Ertəsi 17:45
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin vaxtı bəlli olub.
APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan mayın 13-də Bakıya gələrək Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Görüşdə əsas müzakirə mövzusu Türkiyə-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq. Mayın 16-da isə R. T. Ərdoğan Rusiyaya səfər edəcək. Bu səfər zamanı da önəmli mövzulardan biri Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar