Qəbələdən birgə istifadə
13 Mart 2009 Cümə 00:55
Rusiya Dövlət Dumasının beynəlxalq əaqələr komitəsinin sədr müavini Leonid Slutskiy bildirib ki, Ağ Evə təklif bununla bağlı göndərilib

Rusiya, Birləşmiş Ştatlara Qəbələ radiolokasiya stansiyasından birgə istifadə ilə bağlı təklif göndərib. Bu barədə «İnterfaks»a Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq əaqələr komitəsinin sədr müavini Leonid Slutskiy məlumat verib. O bildirib ki, Birləşmiş Ştatlar prezidenti Barak Obama və rusiyalı həmkarı Dmitri Medvedev arasında keçiriləcək görüşdə bu məsələ barədə razılıq əldə olunacaq.«Bu, Rusiya və Amerika arasında münasibətlərin normallaşmasında müsbət addım olacaq» deyə D.Slutskiy bildirib. Komitə sədrinin müavini qeyd edib ki, Qəbələ RLS Birləşmiş Ştatların Avropada qurmaq istədiyi raketdən və hava hücumundan müdafiə sistemlərindən daha sərfəlidir. O, həmçinin Azərbaycan tərəfinin də artıq məsələ ilə bağlı razılıq verdiyini açıqlayıb.
«Düşünürəm ki, yeni administrasiya mütləq səslənən təkliflərə baxacaq və ola bilsin ki, Azərbaycan kimi ölkələrdəki hava hücumundan müdafiə  sistemləri barədə diskussiyanı bərpa etmək mümkün oldu». Bu açıqlamanı isə ABŞ-ın Rusiyadakı səfiri Con Bayerli verib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar