Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Nursultan Nazarbayev arasında telefon danışığı baş tutub. ANS PRESS-in “Day.az”a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidentinin rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, söhbət zamanı cari ilin iyun ayında Moskvada tərəflər arasında əldə olunan razılaşmaların icrası, Qazaxıstan rəhbərinin oktyabrın 1-də Bakıya səfərinə hazırlıq posesi və s. məsələlər müzakirə olunub.
Telefon söhbəti zamanı ikitərəfli münasibətlər, xüsusilə də, energetika və karbohidrogen nəqli sahəsində iqtisadi əməkdaşlıq məsələlərinə də toxunulub. Prezidentlər Xəzəryanı regionda çoxtərəfli qarşılıqlı fəaliyyətin inkişafı məsələsini də müzakirə ediblər. /ANS PRESS/