Qafqaz şeyxi bu gün Tacikistana gedəcək
04 Oktyabr 2009 Bazar 00:30
Qafqaz şeyxi Allahşükür Paşazadə Düşənbədə “Əbu-Hənifənin irsi və onun sivilizasiyalararası dialoqda rolu” mövzusunda Beynəlxalq simpoziumda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün Tacikistana gedəcək. Səfər 2009-cu ili “İmam Əbu-Hənifə ili” elan etmiş Tacikistan dövlətinin rəsmi dəvəti əsasında həyata keçiriləcək.
Şeyxülislam A.Paşazadə oktyabrın 5-dən 6-dək Düşənbədə keçiriləcək “Əbu-Hənifənin irsi və onun sivilizasiyalararası dialoqda rolu” mövzusunda Beynəlxalq simpoziumda iştirak edəcək. İmam-Əzəmin 1310 illiyinə həsr olunmuş simpozium Tacikistanın Prezidenti Emoməli Rəhmonun himayəsi, Tacikistan hökuməti və bu ölkənin Elmlər Akademiyasının təşkilatçılığı ilə keçiriləcək.
Əbu-Hənifə irsinin müasir dünyada aktual olan sivilizasiyalararası dialoq prosesinə verə biləcəyi töhfələr, Hənəfilik təliminin tolerant mahiyyəti, fəlsəfi-etik aspektləri, müsəlman hüququnun formalaşmasındakı rolu barədə müzakirələrin aparılacağı beynəlxalq tədbirdə QMİ sədri A.Paşazadə məruzə ilə çıxış edəcək.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar