Azərbaycan və Ermənistan prezidentlərini Praqada keçirilən görüşü başa çatıb. ANSPRESS-in Çexiyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Çexiyadakı Amerika səfirliyinin binasında keçirilən görüşdə, hər iki ölkənin xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər. Görüşdən sonra hər iki ölkənin xarici işlər nazirinin açıqlama verəcəyi gözlənilir. /ANS PRESS/