Azərbaycan Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xameneinin görüşü olub.
İranın ali rəhbəri deyib ki, Azərbaycan ilə qonşuluq və qardaşlıq münasibətləri müxtəlif sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə uğurla inkişaf edir. İran bu əlaqələri daha da genişləndirmək əzmindədir.
Seyid Əli Xamenei Heydər Əliyevlə görüşlərini məmnunluqla xatırladaraq, qarşılıqlı əlaqələrin daha da genişlənməsi üçün yaxşı perspektivlərin olduğunu bildirib.
Prezident İlham Əliyev İrana uğurla keçən rəsmi səfərinin iki ölkə arasında müxtəlif sahələrdə inkişaf edən əlaqələrin perspektivinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. Dövlət başçısı Azərbaycan-İran münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminliyini söyləyib. /ANS PRESS/