Siyasət

Prezident Metyu Brayzanı qəbul edib

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlar müzakirə edilib

· Xəbərçi
Prezident Metyu Brayzanı qəbul edib

Prezident İlham Əliyev bu gün Amerika dövlət katibinin Avrasiya məslələri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanı qəbul edib. Görüşdə Ermənistanla Azərbaycan arasında yaranmış Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlar, Azərbaycan- ABŞ ikitərəfli münasibətləri, energetika sahəsində əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /ANS TV/

Şərhlər