Azərbaycan prezidenti İlham Əliyev İrlandiya prezidenti Maykl Higginsə təbrik məktubu göndərib.
ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, məktubda qeyd edilir: “İrlandiyanın milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-İrlandiya əlaqələri daha da inkişaf edərək ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcək.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.
Prezident İrlandiyalı həmkarını təbrik etdi
Azərbaycan prezidenti İlham Əliyev İrlandiya prezidenti Maykl Higginsə təbrik məktubu göndərib.




Şərhlər