Prezident İlham Əliyev İrana səfərə gedir
08 Aprel 2014 Çərşənbə Axşamı 19:39
Azərbaycan prezidenti İlham Əliyev sabah İrana səfər edəcək. Səfər İran prezidenti Həsən Ruhaninin dəvəti əsasında həyata keçiriləcək.
ANS PRESS-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm bu gün Tehranda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, səfər İran prezidenti Həsən Ruhaninin dəvəti əsasında həyata keçiriləcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü səfərin Azərbaycan prezidentinin İrana səfəri ikitərəfli münasibətlərin genişləndirilməsi və sürətlənməsi baxımından mühüm olduğunu deyib.

Onun dediyinə görə, 2 ölkə arasında münasibətlər və müzakirələr qədim bağlar, tarixi, mədəni və dini ortaqlıqlara əsasən geniş olduğuna görə inkişaf üçün xeyli sahələr var: “Azərbaycan prezidentinin İrana səfəri zamanı imzalanması planlaşdırılan sənədlər artıq hazırdır. Hər iki ölkənin prezidenti regional məsələlər barədə də fikir mübadiləsi aparacaq. Bu görüşdə İranla Azərbaycanın dostluq və qardaşlıq sahəsində irəliyə doğru bir addım atacağına ümidvarıq. Azərbaycan prezidentinin İrana səfəri iki ölkə arasında münasibətlərin genişləndirilməsi və sürətləndirilməsi üçün başlanğıcdır".


DOSTLARINLA PAYLAŞ:

oyunlar