Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, səfir Piter Semnebinin Azərbaycana səfəri başlayıb.
APA-nın məlumatına görə, P. Semnebi bu gün Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlərdə Aİ-Azərbaycan münasibətləri, “Şərq tərəfdaşlığı” proqramı və digər məsələlər müzakirə olunacaq.
Bundan başqa, xüsusi nümayəndənin Bakıda diplomatik missiyaların nümayəndələri və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşləri olacaq. P. Semnebi media nümayəndələri üçün mətbuat konfransı keçirməyəcək, lakin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin ofisi səfər haqqında press-reliz yayacaq.
APA