Nursultan Nazarbayev oktyabrda Azərbaycana səfər edəcək
18 Avqust 2009 Çərşənbə Axşamı 10:55
APA-nın Qazaxıstan prezidenti Nursultan Nazarbayev mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, prezidentlər ikitərəfli münasibətlərin perspektivlərini müzakirə ediblər.
Danışıqlar zamanı ikitərəfli münasibətlərin mövcud durumu və inkişaf perspektivləri də diqqət mərkəzində olub. Tərəflər əsasən energetika sahəsində və karbohidrogen məhsullarının nəqli sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Danışıqlar zamanı həmçinin Xəzər regionunda çoxtərəfli əməkdaşlığın inkişafı məsələsinə də toxunulub. Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, Qazaxıstan və Azərbaycan liderləri arasında ikitərəfli əlaqələri yüksək səviyyədə, o cümlədən qarşılıqlı rəsmi səfərlər və qeyri-rəsmi sammitlər çərçivəsində davam etdirmək barədə razılaşma əldə olunub. Bundan başqa hər iki prezident ötən ay Moskvada keçirilən danışıqlarda əldə olunan razılaşmaların yerinə yetirilməsi, Qazaxıstan prezidentinin oktyabrda Bakıya səfəri məsələsini də müzakirə ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar