Nizami Cəfərov Qazaxıstanın adının dəyişdirilməsini dəstəkləyir
24 Fevral 2014 Bazar Ertəsi 08:23
Nizami Cəfərov: Qazaxıstanın adının dəyişdirilməsi ilə bağlı Nazarbayevin təşəbbüsü siyasi, tarixi və dilçilik baxımından düzgün qərardır.
“Qazaxıstanın adının dəyişdirilməsi ilə bağlı Prezident Nursultan Nazarbayevin təşəbbüsü siyasi, tarixi və dilçilik baxımından düzgün qərardır”. Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov “İnform.kz” saytına müsahibəsində deyib.

“İnform.kz” saytı xəbər verir ki, Prezident Nursultan Nazarbayevin Qazaxıstanın adının dəyişdirilərək “Qazax eli” adlandırılması barədə təklifi Azərbaycan ictimaiyyətinin də diqqət mərkəzindədir. Azərbaycanda da bu məsələ fəal müzakirə olunur və dəstəklənir.

Azərbaycan Respublikası Milli Məclisinin mədəniyyət komitəsinin sədri, filologiya elmləri doktoru Nizami Cəfərov sayta müsahibəsində deyib ki, Qazaxıstan Prezidenti respublikanın adının dəyişdirilməsi məsələsini vaxtında qaldırıb. N.Cəfərovun fikrincə, “stan” sonluğu, bir sıra Mərkəzi Asiya respublikalarında da var və “yeri” ifadə edir, amma o türk köklərinə aid deyildir:

“Biz ölkənin adının əsasına söykənməliyik. “Qazax” və “el” sözləri tamamilə maraqlı və əsaslandırılmış türk sözüdür. Bu mənada mən “Qazax Eli” adı ilə razıyam, bu siyasi, tarixi və dilçilik baxımından da düzgündür və onu dəstəkləmək lazımdır”.

Komitə sədri deyib ki, N.Nazarbaevin ideyası türk xalqları arasında həmişə maraqla qarşılanır və dəstəklənir. Çünki laqeyd qalmaq qeyri-mümkündür. Qazaxıstan lideri bu məsələni xalqın müzakirəsinə çıxartmaqla, həmişəki kimi, yenə də, düzgün addım atıb. Ona görə ki, ictimai müzakirəsiz qəbul olunan qərarlarla bağlı cəmiyyətdə narazılıqlar ola bilər. Buna görə də Azərbaycanda hesab edirlər ki, yüksək intellektual, böyük siyasi təcrübə və N.Nazarbaev praqmatizmi ölkədə ciddi səhvlərin baş verməsinin qarşısını alır, iqtisadi inkişaf və milli razılıq bunu sübut edir.

Qazaxıstan bu gün Mərkəzi Asiya regionunda lider mövqedədir. “Stan” sonluğu ilə olan mənfi stereotipləri, narahat və inkişaf etməmiş dövlətləri qabaqlamaq lazımdır. Bununla yanaşı, “El” sözü tarixi addır və dəyişdirilməsi dövlətçiliyin başlanğıca dönüşüdür.

Qazaxıstan regionda aparıcı qüvvədir və adının dəyişdirilməsi digər türk ölkələrinə kömək edəcək – buna Tatarıstan, Başqırdıstan və digər ölkələri misal gətirmək olar. Bildiyimə görə, bu respublikalar da ölkələrin adlarının dəyişdirilməsi barədə də düşünür.

Sonda azərbaycanlı deputat Qazaxıstanın “Qazax eli” adı ilə dəyişdirilməsi ideyasını bir daha tam dəstəkləyib və bunu ən yaxşı variant hesab etdiyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar