Müdafiə naziri Səfər Əbiyev Belçikada səfərdədir. Məqsəd sabah Brüsseldə keçiriləcək Avro-Atlantik tərəfdaşlıq şurası çərçivəsində müdafiə nazirlərinin, eləcə də iyunun 12-də baş tutacaq NATO və Əfqanıstandakı əməliyyatlara töhfə verən tərəfdaş ölkələrin müdafiə nazirlərinin görüşündə iştirak etməkdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun verdiyi məlumata görə, tərəfdaş ölkələrin müdafiə nazirlərinin görüşündə bir sıra regional məsələlər müzakirə olunacaq. /ANS TV/