Moldovanın baş naziri Azərbaycana gələcək
15 Yanvar 2012 Bazar 00:07
Vlad Filat: “Bir sıra layihələr hazırlamışıq, onları Azərbaycan tərəfi ilə birlikdə həyata keçirmək niyyətindəyik”.
Moldova Respublikası hökumətinin Mətbuatla Əlaqələr İdarəsi xəbər verir ki, yanvarın 13-də Moldova Respublikasının baş naziri Vlad Filat Azərbaycanın Kişinyovdakı səfiri Namiq Əliyevlə görüşüb. Görüşdə baş nazir V.Filatın Azərbaycan Respublikasına rəsmi səfəri müzakirə olunub.

Baş nazir qeyd edib ki, səfərin məqsədi Moldova-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, iqtisadiyyat, ticarət, energetika və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsidir.

Vlad Filat bu səfərin əhəmiyyətini qeyd edərək əmin olduğunu bildirib ki, səfər çərçivəsində bir çox birgə planlar müəyyənləşdiriləcək: “Bir sıra layihələr hazırlamışıq, onları Azərbaycan tərəfi ilə birlikdə həyata keçirmək niyyətindəyik. İnanıram ki, bu layihələr hər iki tərəf üçün maraqlı və sərfəli olacaq”.

Moldova hökumətinin sədri iki dövlət arasında sıx münasibətlər olduğunu, hər iki dövlətin bir çox regional və Avropa təşkilatlarında - GUAM, ATƏT, Avropa Şurası və “Şərq tərəfdaşlığı” təşkilatlarında iştirak etdiyini bildirib.

Səfir Namiq Əliyev qeyd edib ki, Moldova Respublikasının baş nazirinin Bakıya səfəri proqramında bir sıra görüşlər və tədbirlər keçirilməsi nəzərdə tutulub.

Diplomat əmin olduğunu bildirib ki, bundan sonra Azərbaycan-Moldova münasibətləri daha da inkişaf edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar