Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın ardınca, fransalı həmsədr Bernar Fasye də bu gün Azərbaycana gəlir. Diplomat bundan əvvəl Ermənistanda olub, bu ölkənin prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
Bernar Fasyenin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İrəvanda apardığı danışıqlar bu gün Bakıda davam etdiriləcək. Bundan sonra, aprelin sonuna qədər isə, həmsədrlər növbəti dəfə, amma birlikdə regiona səfər edəcəklər. /ANS TV/