Milli Şura Kremlin layihesidir
10 İyul 2013 Çərşənbə 02:42
Serdar Cəlaloğlu: Milli Şura Rusiyanın Qafqazdakı maraqlarının reallaşmasına yönelib.
Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu oktyabrda keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcək. ANS PRESS-in məlumatına görə, ADP sədri obyektiv.tv-yə müsahibəsində belə deyib.

Sərdar Cəlaloğlu əlavə edib ki, Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Milli Şura Kremlin layihəsidir. Partiya liderinin fikrincə, Rüstəm İbrahimbəyovun ictimai-siyasi parametrləri onun prezidentliyinin əleyhinədir, o, sadə xalqdan uzaqdır və narazı elektoratın ümidlərini ifadə etmir: “Rüstəm İbrahimbəyov Rusiyada yaşayır, bu ölkənin ali siyasi dairələrinə daxil olub. Dünənə qədər Rusiya vətəndaşı idi və bundan irəli gələn öhdəlikləri vardı. Onun prezidentliyə namizədliyi Rusiyanın layihəsidir və bu ölkənin Qafqazdakı maraqlarının reallaşmasına yönəlib”.

Rüstəm İbrahimbəyovun namizədliyinin qeydiyyatı məsələsinə toxunan Sərdar Cəlaloğlu deyib ki, Mərkəzi Seçki Komissiyası gözləmə mövqeyi tutacaq və seçkinin başlamasına 20-25 gün qalmış qeydiyyatdan imtina edəcək: “Onda Milli Şura vahid namizəd kimi Müsavat Partiyasının başqanı İsa Qəmbəri irəli sürəcək, amma o da məğlub duruma düşəcək”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar