Siyasət

Millət vəkili Qənirə Paşayeva BMT baş katibi ilə görüşüb

Azərbaycan millət vəkili Qənirə Paşayeva Türkiyənin İstanbul şəhərində keçirilən Ümundünya Qadın Sammitində iştirakı çərçivəsind BMT-nin Baş katibi Pan Ki Munla görüşüb.

· Xəbərçi
Millət vəkili Qənirə Paşayeva BMT baş katibi ilə görüşüb
Millət vəkili APA-ya bildirib ki, sammitdə çıxış edən BMT baş katibi daha sonra bir qrup qadınla görüşüb.

Görüşdə Q. Paşayeva BMT-nin baş katibinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırım, minlərlə azərbaycanlını qətlə yetirməsi barədə məlumat verib. O, Azərbaycanın və dünyanın qədim mədəniyyət beşiyi Şuşada, işğal altında olan Azərbaycan torpaqlarındakı tarixi-mədəni, dini abidələrin, qəbiristanlıqların məhv etməsindən danışıb, bununla bağlı kitabları və materialları Pan Ki Muna təqdim edib. Millət vəkili Azərbaycanın BMT TŞ-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini gözlədiyini də bildirib. APA

Şərhlər