Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Bakıya gəlir. Bu barədə «Azadlıq» radiosuna Amerikanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Məlumata görə, Metyu Brayza aprelin 3-ü Bakıda bir neçə rəsmi görüşlər keçirəcək. Görüşlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq.