Siyasət

Metyu Brayza Bakıdadır

O, Bakıda keçiriləcək XVI Xəzər Beynəlxalq Neft və Qaz sərgisinə qatılacaq

· Xəbərçi
Metyu Brayza Bakıdadır

 

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Metyu Brayza Azərbaycana gəlib.  Bu barədə ABŞ –ın Azərbaycandakı səfirliyinin ictiamiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson ANS PRESS-ə məlumat verib.

M. Brayza iyunun 2-dən 5-dək Bakıda keçiriləcək XVI Xəzər Beynəlxalq Neft və Qaz sərgisində  iştirak edəcək. Həmçinin sərgidə iştirak etmək üçün  ABŞ-ın energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar da Bakıya gəlib.  

Qeyd edək ki, sərgidə iştirak etmək üçün Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, Almaniya və Qazaxıstandan rəsmi şəxslər qatılacaqlar.

Kəmalə Ramazanova /ANS PRESS/


 

Şərhlər