Məmmədyarov və Davudoğlu görüşüblər
22 Oktyabr 2009 Cümə Axşamı 12:45
Məmmədyarov və Davudoğlu görüşüblər. Görüş QİƏT-in toplantısı çərçivəsində baş tutub.
Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının 21-ci iclası çərçivəsində Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. ANS TV-nin toplantıda iştirak edən müxbirinin verdiyi məlumata görə, hazırda Şuranın toplantısına fasilə verilib. Fasilə çərçivəsində toplnatıda iştirak edən nazirlər və nazir müavinləri ikitərəfli görüşlər keçirirlər.

Fasilədən sonra toplantı davam edəcək, saat 14.00-da mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, bu gün Bakıda QİƏT Xarici İşlər Nazirləri Şurasının 21-ci iclası öz işinə başlayıb. İclası Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıb və tədbir iştirakçılarını salamlayıb. Nazir Azərbaycanın iqtisadi inşikafı barədə məlumat verib. Daha sonra tədbir KİV nümayəndələrinin iştirakı olmadan davam edib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iclasa gecikib. XİN rəhbəri heç bir açıqlama vermədən toplantının keçirildiyi zala daxil olub

İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov, Bolqarıstanı xarici işlər naziri Rumiana Jeleva, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Rusiyanın xarici işlər nazirinin müavini Andrey Denisov, Yunansıtan xarici işlər nazirinin müavini Spiros Kouvelis, Gürcüstan xarici işlər nazirinin müavini David jalaqaniya, Albaniya xarici işlər nazirinin müavini Gazmend Turdiu, Rumıniya xarici işlər nazirinin müavini Boqdan Mazuru, Ukrayna xarici işlər nazirinin müavini Aleksandr Kupşiçin, Ermənistan xarici işlər nazirinin müavini Aram Kirakosyan və Moldovanın dövlət naziri Viktor Bödü təmsil edir.

Bolqarıstan, Moldova, Albaniya xarici işlər nazirləri, Rusiya, Yunanıstan, Serbiya, Gürcüstan, Rumıniya, Ukrayna və Ermənistan xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunurlar. Paralel olaraq Xəzəryanı dövlətlərin xarici işlər nazirləri müavinlərinin iştirakı ilə Xəzər dənizinin təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr edilən görüş də keçiriləcək.

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar