Siyasət

Məhmət Əli Şahin bu gün Azərbaycana gəlir

TBMM sədri Məhmət Əli Şahin Bakıdakı görüşlərindən sonra Gəncəyə səfər edəcək.

· Xəbərçi
Məhmət Əli Şahin bu gün Azərbaycana gəlir
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Məhmət Əli Şahin bu gün Azərbaycana rəsmi səfərə gələcək.
Qardaş ölkə parlamentinin sədri Azərbaycana səfəri müddətində Türkdilli Dövlətlərin Parlament Assambleyasının Bakıda keçiriləcək sammitində iştirak edəcək, Milli Məclisdə, Nazirlər Kabinetində bir sıra görüşlər keçirəcək.
Qonaq Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını, şəhid türk əsgərlərinin memorialını ziyarət edəcək.
TBMM-in sədri Gəncə şəhərinə də gedəcək. Burada o, Heydər Əliyevin abidəsini, Şah Abbas Məscidini, Cavad Xan məqbərəsini, Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək, şəhər rəsmiləri və ziyalıları ilə görüşəcək.ANSPRESS

Şərhlər