Mahmud Məmmədquliyev İrəvandadır
16 Aprel 2009 Cümə Axşamı 12:05
Xarici işlər nazirinin müavini İrəvanda keçirilən Qara Dəniz iqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak edəcək

 

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün İrəvana gedib. “Regnum” informasiya agentliyinin məlumatına görə, M. Məmmədquliyev artıq İrəvandadır. Eyni zamanda Türkiyə xarici işlər naziri Əli Babacan da iclasda iştirak etmək üçün İrəvana gəlib.
İclasda 12 ölkənin nümayəndə heyəti, təşkilatda müşahidəçi statusuna malik 7 ölkənin nümayəndəsi, həmçinin 3 beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək.
Səfər zamanı Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla Əli Babacanın görüşü gözlənilir. Mahmud Məmmədquliyevin isə İrəvana birgünlük səfəri gedişində hər hansı görüş nəzərdə tutulmayıb.

Toplantıda quruma sədrlik Azərbaycana keçdiyindən ölkəmizin nümayəndəsinin burada iştirakı vacibdir. İclasda regional əməkdaşlığı dərinləşdirməklə təşkilatın işinin effektivliyinin artırılması, nəqliyyat və energetika sahələrində birgə regional layihələrin reallaşdırılması məsələsi müzakirə ediləcək. /ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar