Siyasət

Lex Kaçinski Oqtay Əsədovla görüşüb

Görüşdə Azərbaycan neftinin Avropaya nəqli sistemləri müzakirə olunub

· Xəbərçi
Lex Kaçinski Oqtay Əsədovla görüşüb

Polşa prezidenti Lex Kaçinski Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Parlamentin spikeri Oqtay Əsədov son üç ildə 5-ci dəfə Azərbaycana səfər etməsini vurğulayaraq Polşa prezidentini ölkəsində görməkdən məmnunluq ifadə edib. Lex Kaçinski Azərbaycanla ölkəsi arasında münasibətlərin çətinlik olmadan inkişaf edəcəyini bildirib. O həmçinin parlamentlərarası münasibətlərin vacibliyini vurğulayıb. Görüşdə Avropanın enerji təhlükəsizliyi, iqtisadi münasibətlər və onların inkişaf istiqamətləri, Azərbaycan neftinin Avropaya nəqli sistemləri müzakirə olunub./ANS TV/

Şərhlər