Siyasət

Laçın torpağından heç kimə dəhliz verilə bilməz

Ramiz Cəbrayılov hesab edir ki, ermənilərin bu kimi bəyanatları əsassızdır

· Xəbərçi
Laçın torpağından heç kimə dəhliz verilə bilməz

"Laçın torpağından heç kimə dəhiz verilə bilməz”. Bunu jurnalistlərə açıqlamasında Laçın rayon İcra hakimiyətinin başçısı Ramiz Cəbrayılov deyib. O bildirib ki, Ermənistan tərəfinin Dağlıq Qarabağda erməni icmasının təhlükəsizliyi üçün Laçın dəhlizinin onlara verilməsi ilə verilən bəyanatlar əsasızdır: “Ermənilərin bu kimi bəyanatlarına reaksiya verməyi düzgün hesab etmirəm. Biz əminik ki, öz torpağımıza qayıdıb quruculuq işləri ilə məğul olacağıq. Laçın torpağından heç kimə dəhliz ola bilməz. Yaxın günlərdə Laçının 85 illik yubileyinin keçirlməyimiz ermənilərə dolayı yolla mesaj idi. Ermənilər həmin əraziyə başqa yerlərdən əhali köçürə bilərlər, amma bu sonu olmayan bir işdir”.

Anar Məmmədov /ANS PRESS/

Şərhlər